Yunanıstanın adalarında meşə yanğınları səbəbindən yüzlərlə turist təxliyə edilib
Yunanıstanın adalarında meşə yanğınları səbəbindən yüzlərlə turist təxliyə edilib

 
Yunanıstanın adalarında meşə yanğınları səbəbindən yüzlərlə turist təxliyə edilib.

Böyük miqyaslı meşə yanğınlarına görə turizm şirkətləri Yunanıstanın Kos adasına istirahət üçün gedən yüzlərlə turisti təxliyə etmək məcburiyyətində qalıblar.

Təxliyə edilən insanları ilkin olaraq məktəblərin idman zallarına yerləşdiriblər.

Yunan nəşrlərinin məlumatına əsasən, fəlakət zonasından təxminən 10 min insan – turistlər və yerli sakinlər təxliyə edilib. Bu vaxt üçün Kardamen istiqamətində genişlənən yanğın lokallaşdırılıb. Kos adasından başqa Kios və Krit adalarında da yanğın qeydə alınır.