Yunanıstanda meşə yanğını ilə mübarizə aparırlar
Yunanıstanda meşə yanğını ilə mübarizə aparırlar

Yunanıstan paytaxtının cənub-şərqində meşədə güclü yanğın baş verib.

Yanğınla əlaqədar təbii fəlakət zonasına yaxın 4 yaşayış məntəqəsinin sakinlərinin təxliyyəsinə başlanılıb.

Yunanıstan mətbuatının yazdığına görə, güclü külək yanğınsöndürmə işlərinə mane olur. Hadisə yerinə 78 yanğınsöndürən və 26 ədəd xüsusi texnika səfərbər olunub. Yanğının söndürülməsi üçün helikopterlərdən istifadə etmək lazım gəlib.