Yuliya Timoşenko onun seçki kampaniyasının Mümmar Kaddafi tərəfindən maliyyələşdirildiyi barədə məlumatı yalanlayır
Ukraynanın eks-başnaziri və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, onun 2010-cu ildəki seçkiqabağı kampaniyasının Müammar Kaddafi tərəfindən maliyyələşdirilməsi haqqında məlumatı yalanlayır.
Bu məsələ ilə bağlı bəyanatı partiyanın ofisi yayır.
Kaddafi tərəfindən Timoşenkonun seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi haqqında məlumatı beynəlxalq ərəb nəşriyyatı – Asharq Al Awsat yaydı.
Nəşriyyat yayır ki, 2010-cu ildə Yuliya Timoşenko Kaddafidən 4 milyon avro aldı.
Nəşriyyatın yazdığına görə, bu məlumat Kaddafinin oğlunun yaxın adamları tərəfindn verilib, hansıların arasında pulu birbaşa Timoşenkonun hesabına köçürən şəxs də var.