Yüksək temperatur fonunda yaxın günlərdə Gürcüstanda yağıntılı hava şəraiti davam edəcək
Sinoptiklərin məlumatına görə, avqustun 5-dək yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gürcüstanın şərqində bəzi yerlərdə dolu yağacağı ehtimalı var.
Həmçinin, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qərbi Gürcüstanda havanın temperaturu +28, +33 dərəcə, Şərqi Gürcüstanda isə avqustun 2-3-də +36, + 38 dərəcəyədək yüksələcək. avqustun 4-də isə +27, +32 dərəcəyə enəcək.
Tbilisidə şimşək çaxacaq qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək