Yolun Xaşuri-Atskuri hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib
Yolun Xaşuri-Atskuri hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
“Beynəlxalq əhəmiyyətə malik Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 1-50 km-lik (Xaşur-Atskuri) hissəsində intensiv qar, aşağı temperatur və görmə məsafəsinin aşağı düşməsi ilə əlaqədar qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Magistralın qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev