Yolun təmizlənməsinə qədər Rikotidə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb
Yolun təmizlənməsinə qədər Rikotidə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb

 

Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 147-ci km-də daşların yola tökülməsi ilə əlaqədar yolun təmizlənməsinə ehtiyac yaranıb və bu səbəbdən yolun 114-cü -194-cü hissəsində (Axalsopeli nəqliyyat qovşağı-Zestaponi) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib – bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Şöbəsi yayır.

Şöbədən verilmiş məlumatda yolun hərəkət hissəsi təmizlənənədək qeyd olunan müddət ərzində, yüngül avtomobillərin hərəkətinin daxili dövlət əhəmiyyətli Qomi-Sachxere-Chiatura-Zestaponi avtomobil yolu vasitəsilə həyata keçiriləcəyi, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitəsinin hərəkətinin isə qadağan edildiyi deyilir.

“Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 147-ci km-də yol təmizləmə işləri başa çatan kimi müəyyən olunmuş xüsusi rejimə uyğun olaraq Rikoti istiqamətində avtomobillərin hərəkəti bərpa ediləcək”- deyə Avtomobil Yolları Şöbəsində açıqlanıb.