Yolun Qudauri-Kobi hissəsində yüngül nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub
Yolun Qudauri-Kobi hissəsində yüngül nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, intensiv, fasiləsiz təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində yüngül nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, lakin traylerlər üçün qar və don səbəbi ilə hərəkətə oyulan qadağa qüvvədə qalır.

Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək. Bəhsi keçən rejimdə hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.