Yolun Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti sərbəstdir
Yolun Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti sərbəstdir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

“Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, yolun Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçiriləcək.

Tunellərdə tutumu 30-dan çox olan avtobus, qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti birtərəfli qaydada həyata keçiriləcək. Bu rejimdə hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası altında həyata keçiriləcək” -deyə məlumatda qeyd olunub.