Yolun Qudauri-Kobi hissəsində bütün nəqliyyat növlərinin hərəkəti sərbəstdir
Yolun Qudauri-Kobi hissəsində bütün nəqliyyat növlərinin hərəkəti sərbəstdir

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, intensiv təmizləmə işləri nəticəsində, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Ətraf Mühit üzrə Milli Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qudauri-Kobi hissəsində tunellərdə tutumu 30-dan çox olan avtobusların, qoşqulu, yarımqoşqulu nəqliyyatın hərəkəti birtərəfli qaydada həyata keçiriləcək. Bu rejimdə hərəkət bilavasitə patrul polisinin nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək”- deyə Avtomobil Yolları Departamentinin məlumatında bildirilir.