Yolun Qomi-Saçxere hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, yolun Qomi-Saçxere hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib.
“Qar və buzla əlaqədar dövlətdaxili əhəmiyyətə malik Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunun 1-50- km-lik (Qomi-Saçxere) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər avtomobillərin hərəkəti isə sərbəstdir. Magistralın qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev