Yolun Pantiani-Manqlisi hissəsində nəqliyyatın hərəkəti bərpa edilib
Yolun Pantiani-Manqlisi hissəsində nəqliyyatın hərəkəti bərpa edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, aparılan intensiv təmizləmə işləri nəticəsində Tbilisi-Manqlisi avtomobil yolunun 1km-32 km (Pantiani-Manqlisi) olan hissəsində avtomobillərinin hərəkəti bərpa olunub.

Bu hissədə, qar yağması səbəbilə qoşqulu, yarım-qoşqulu nəqliyyatın və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağandır.

Avtomobil Yolları Departamenti əhalini saz vəziyyətdə olan nəqliyyat vasitələri hərəkət etməyə və avtomobil yollarında tətbiq olunan rejimlərə əməl etməyə çağırır.