Yolun Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib
Yolun Qudauri-Kobi hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən verilən məlumatda bildirilir ki, Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir.

Qurumdan sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkətinin qadağan edildiyi deyilir.

Yolun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.