Avtomobil Yolları İdarəsi - təbii fəlakət bölgəsində işlər davam etdirilir, 78 ağır texnika səfərbər olunub, Dğviora çayında da axtarış və yatağın təmizlənməsi işləri aparılır
Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, Racanın fəlakət bölgəsində işlər davam edir.
Onların məlumatına görə, hazırda təbii fəlakət bölgəsinə ümumilikdə 78 ağır texnika səfərbər olunub.
Avtomobil Yolları İdarəsindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti tərəfindən müəyyən edilmiş 7 prioritet lokasiyada axtarış və işlərin aparılması üçün texnikanın səfərbər olunması davam etdirilir.
“Müvəqqəti körpünün yanında çayın məcrasının formalaşdırılması və turş suların yaxınlığında dolama yolunun təşkili işləri davam etdirilir.
Dğviora çayında da axtarış və yatağın təmizlənməsi işləri aparılır. Əlavə və genişləndirilmiş tapşırıqlar üçün yerindəcə əlavə resurslar səfərbər olunur”, – Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.