Yol işləri səbəbindən, Larsi küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Verada, Larsi küçəsində, planlaşdırılmış infrastruktur işlərə görə, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Tbilisi Meriyasının məlumatına görə, qeyd olunan hissədə avtomobillər əngəllərlə hərəkət edəcəklər, lakin hərəkət istiqaməti dəyişməyəcək.
Qismən məhdudlaşdırma bir aprelədək qüvvədə olacaq.
Tbilisi Meriyası vətəndaşlardan yaranan narahatlığa görə üzr istəyir.