Yol işləri ilə əlaqədar olaraq gecə saatlarında Eristavi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Yol işləri ilə əlaqədar olaraq gecə saatlarında Eristavi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Tbilisi Meriyasından verilən məlumata görə, yol işləri ilə əlaqədar olaraq gecə saatlarında Eristavi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Tsereteli prospektində bərpa işləri intensiv şəkildə davam edir.

Sözügedən işlərin görülməsi ilə əlaqədar yanvarın 25-də saat 00:00-dan 07:00-dək Tornike Eristavi küçəsində, Akaki Tsereteli prospektinin kəsişməsinə yaxın ərazidə hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir”- məlumatda deyilir.