Yol işləri ilə bağlı, 28 yanvardan 4 fevral daxil olmaqla Maricani küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Maricani küçəsində, Vaja-Pşavela prospektindən Nutsubidze küçəsinə qədər yolun planlaşdırılmış reabilitasiyasi ilə bağlı, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.
“Qeyd olunan hissədə, avtomobillər yubanma ilə hərəkət edəcəklər. Lakin hərəkət etmənin istiqaməti dəyişməyəcək. Qismən məhdudiyyət 28 yanvardan 4 fevral daxil olmaqla qüvvədə olacaq”, – paytaxt Meriyasının məlumatında deyilir.