Yol hərəkət hissəsində torpaq kütləsinin uçqunu ilə əlaqədar Şatili istiqamətində hərəkət məhdudlaşdırılıb
Gecə saatlarında yağan yağış nəticəsində torpaq kütləsinin uçqunu səbəbindən Şatil istiqamətində hərəkət məhdudlaşdırılıb. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Ölkədaxili əhəmiyyətə malik Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 90-cı km-də, gecə yağan yağışlar nəticəsində torpaq kütləsi uçub, bu səbəbdən sözügedən hissədə təmizlik işləri aparılana qədər bütün növ avtomobillərin hərəkəti qadağan edilib. “, – məlumatda qeyd olunur.
Müəllif -
Mehemmed Bayramaliyev