Bosniya və Herseqovina Gürcüstan üçün viza rejimini ləğv etdi. Gürcüstan vətəndaşları hər 180 gündə ölkə ərazisinə daxil ola bilər, lakin o şərtlə ki, hər bir səfər 30 gündən artıq olmayaxaq.
İndiyədək Gürcüstan vətəndaşları vizanı Bosniya və Herseqovinanın Türkiyədəki konsulluğunda almalı olurdular. Ölkəyə daxil olmaq, eləcə də Şengenin çoxdəfəlik vizası ilə mümkün idi.
Bosniya və Herseqovinaya necə səyahət edək
Səyahəti planlaşdırmaq üçün viza məsələlərinin həll edilməsi daha lazım gəlmir. Vaxtdır, növbəti mərhələləri planlaşdıraq – uçuş, yaşayış və ölkə barəsində cizgilərin axtarılması.
Uçuş
Tbilisidən Sarayevo istiqamətinə iki nisbətən aşağı büdcəli avia şirkət uçur. Onlardan biri Pegasusdur, ikincisi isə Turkish Airlines.
“Pegasus” ilə Tbilisi-Sarayevo istiqamətinə uçuşun qiyməti 273$-dan 380$-a qədərdir. Turkish Airlines-da qiymətlər nisbətən aşağıdır. Məsələn, əgər siz uçuşu noyabrın 16-a planlaşdırırsınızsa, bir istiqamətlə uçuşun qiyməti 262$-dan başlayır. Onda elə həmin gün “Peqasus” ilə uçuş a sizə 273$-a başa gəlir. Halbuki, qiymətlər daim dəyişir və sizin üçün əlverişli şərtləri görmək üçün hər iki avia şirkətin saytını yoxlamalısınız.
Hər iki avia şirkət təqdirində Tbilisidən Sarayevoya birbaşa uça bilməzsiniz. Bosniya və Herseqovinanın paytaxtına düşmək üçün İstanbuldan keçərək transit uçuş etməli olacaqsınız.
Yaşayış
Sarayevoda gecələmək yerini axtarmaq üçün ən asan vasitə airbnb-dən istifadə etməkdir. Saytda mehmanxanada bir gecə qalmağın qiyməti 10$-dan başlayır. Evdə fərdi otağı kirayələmək isə sizə minimum 15$-a başa gələcək. Qonaq qəbul edən ev sahiblərinin bəziləri hava limanında sizi qarşılamağı və evə qədər aparmağı da təklif edir.
Couchsurfing
Halbuki, əgər Sarayevoda yaşayış yerində məbləği ödəmək istəmirsinizsə, Onda vaxtdır ki, couchsurfing-a qonaq olasınız. Bu bir növ sosial şəbəkədir ki, burada da insanlar gecəni gecələmək yerini sizə pulsuz təklif edirlər.
Hazırda couchsurfing- da Sarayevoda yaşayan 2 855 nəfər qonaq dəvət edən ev sahibini tapa bilərsiniz.
Bosniya və Herseqovina barədə nəyi bilməliyik
Bosniya və Herseqovinanın paytaxtı Sarayevodur. Artıq ölkədə olan gürcü turistləri söyləyirlər ki, ölkə kifayət qədər gözəldir və səyahət həqiqətən təəssüratlı sərgüzəşti sizə vəd edir.
Qiymətlərə gəldikdə, Sarayevo başqa Avropa şəhərləri ilə müqayisədə kifayət qədər aşağı qiymətlərlə fərqlənir. Müqayisə üçün Gürcüstan da yaxşı variantdır, çünki, bizim ölkədə mövcud bazar qiymətləri Bosniya və Herseqovina qiymətlərinə bərabərdir. Müvafiq olaraq büdcəni planlaşdırmaq üçün gürcü qiymətlərini nəzərə ala bilərsiniz.
Fotoları axtarıb tapmaq üçün təbii ki, Google-dən istifadə edə bilərsiniz. Halbuki, Biz sizə Birinci Kanalın jurnalisti Sandro Cupalakiyanın 3 il əvvəl Bosniya və Hersoqovinada olduğu fotolarını təklif edirik.