Yohannes Han - Gürcüstanın Avropa perspektivinə güclü sədaqətlilik var, görünür, onlar ev tapşırıqlarını yerinə yetirdilər, Gürcüstan mənim qəbimə çox yaxındır
Yohannes Han - Gürcüstanın Avropa perspektivinə güclü sədaqətlilik var, görünür, onlar ev tapşırıqlarını yerinə yetirdilər, Gürcüstan mənim qəbimə çox yaxındır

Gürcüstanın Avropa perspektivinə güclü sədaqətlilik var, görünür, onlar ev tapşırıqlarını yerinə yetirdilər, indi bunu dəyərləndirməliyik və Avropa İttifaqı Şurasına qədər qərar qəbul edəcəyik. Gürcüstan mənim qəbimə çox yaxındır, – Bu barədə Avropa Komissiyasının büdcə və idarəetmə üzrə komissarı Yohannes Han bəyan etdi.

“Avropa Komissiyasının nəticəsi barəsində danışa bilmərəm, amma bildiyimə görə, bu gün Xarici İşlər naziri ilə görüş oldu və mən bilirəm ki, Gürcüstan 3000 səhifəlik məlumat təqdim etdi. Görünür, onlar ev tapşırıqlarını yerinə yetirdilər. İnidi bunu dəyərləndirməliyik və Avropa İttifaqı Şurasına qədər qərar qəbul edəcəyik. Gürcüstan mənim qəbimə çox yaxındır. Mən Tbilisidə Avropa Məktəbinin açılmasının təşəbbüskarıyam. Mən minnətdaram ki, məktəb hələ də fəaliyyət göstərir və bildiyimə görə, bu məktəbin son yerinin təşkili hələ də davam edir. Bu məktəb övladım kimidir. Gürcüstanın dəyərləndirməsinə gəldikdə, mən bu işin detallarını tam bilmirəm, təssüflər ki, cavab verə bilmirəm, lakin Gürcüstanın Avropa perspektivinə güclü sədaqətliliyi var”, – Yohannes Han bəyan etdi.