Yohannes Han - Gürcüstan vətəndaşları Avropa İttifaqından sığınacaq ala bilməyəcəklər, çünki Gürcüstan təhlükəsiz bir ölkədir
Biz istəyirik ki, Avropada tam stabillik və firəvanlıq olsun və bu prosesə daha çox qonşularımızın qoşulmasını istəyirik, – bu barədə bəyanatı Avropa İttifaqının qonşuluq siyasəti və genişlənməsi haqqında danışıqlar məsələləri üzrə Avrokomisar Yohannes Han verdi.
Onun dediyinə görə, bu istiqamətdə medyanın rolu da böyükdür, çünki medya ictimaiyyətin məlumatlaşdırılmasını təmin etməlidir və başa salmalıdır ki, Avropa İttifaqında sığınacaq tapmaq artıq mümkün olmayacaq, çünki Gürcüstan təhlükəsiz bir ölkədir.