Yohannes Han - Avropa İttifaqı Gürcüstana siyasi və iqtisadi islahatlar həyata keçirməyə yardım edəcək
Avropa İttifaqı Gürcüstana siyasi və iqtisadi islahatların həyata keçirilməsində yardım edəcək, – bu barədə bəyanatı Avropa qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə avrokomisar Yohannes Han avroparlamentdə çıxış edərkən verdi.
Həmçinin, Hanın dediyinə görə, o şərq qonşuluğunda “donmuş münaqişələr”-in həllində Avropa İttifaqının rolunun güclənməsini salamlayır.
“Partnyorlarımız inkişaf edərkən və səmərəli islahatlar həyata keçirərkən, Avropa İttifaqı da onlara verdiyi vədlərini yerinə yetirməlidir. Mən Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqının tam dəstəyini almalarının tərəfdarıyam” – dedi Yohannes Han.