Yohannes Han - Avropa İttifaqı bəzən narahatedici ola bilər, halbuki üstünlüyü var ki, etibarlı partnyordur
Biz etibarlı partnyoruq, xalq dəyişir, lakin institutlar qalır, – bu barədə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Gürcüstanın baş naziri, Giorgi Qaxariya ilə birgə edilən bəyanatlar zamanı bəyan etdi.
“Qəbulunuz, dəstəyiniz, Avropa Məktəbi qarşısında götürdüyünüz öhdəliklər üçün böyük təşəkkürlərimi bildirirəm. Bu mənim layihəm idi. Bu layihənin, bu cür həyata keçirilməsi üçün xüsusi minnətdarlığımı bildirirəm. Bir neçə il bundan əvvəl Gürcüstan, bu təşəbbüsün kontekstində sınaq rejimində idi. Biz bu gün konkret olaraq ali məktəbdə ikinci və üçüncü siniflə görüşdük. Bu mənim üçün önəmli tədbir idi.
Həmişə ölkə qarşısında öhdəliyim olacaq ki, Gürcüstana gələcəkdə də gəlim. Ən azından ildə bir dəfə ki, gələm, Avropa Məktəbini ziyarət edəm. Bu beş illik əməkdaşlığa görə minnətdarlığımı bildirirəm. Siz həqiqətən etibarlı partnyorlarsınız. Avropa İttifaqı bəzən narahatedici ola bilər. Halbuki üstünlüyü var. Biz etibarlı partnyoruq. Xalq dəyişir, lakin institutlar qalır”, – Yohannes Han bəyan etdi.