Yoav Qalant - İsrailin Qəzza sektorunda hərbi idarəçilik qurmayacağını bəyan etməsi üçün Benyamin Netanyahuya çağırış edirəm
Yoav Qalant - İsrailin Qəzza sektorunda hərbi idarəçilik qurmayacağını bəyan etməsi üçün Benyamin Netanyahuya çağırış edirəm

 
İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin Qəzzada hərbi idarəçiliyinə qarşı çıxır. Məlumatı “CNN” yayır.

“HƏMAS”ın sonuna yalnız fələstinlilərin beynəlxalq oyunçuların müşayiəti ilə Qəzzaya nəzarəti ələ alması halında nail olunacaq. Baş nazir Benyamin Netanyahuya qərar qəbul etməsi və İsrailin Qəzza sektorunda mülki nəzarət qurmayacağını, İsrailin Qəzza sektorunda hərbi idarəçilik qurmayacağını və Qəzzada “HƏMAS”ın hakimiyyətinə alternativin dərhal irəli sürüləcəyini bəyan etməsi üçün çağırış edirəm”-Yoav Qalant bildirir.

Müdafiə nazirinin dediyi kimi, Qəzzada İsrailin hərbi idarəçilik qurmasına razı olmayacaq.

“İsrail Qəzzada mülki idarəçilik qurmamalıdır” -Yoav Qalant bildirir.

O, Fələstin ərazisinin hərbi işğalının insan tələfatı baxımından böyük itkilərlə yanaşı, ağır iqtisadi bədəllə nəticələnəciyini deyib.