Yoav Qalant - İsrail düşmənlərini diqqətlə izləyir
Yoav Qalant - İsrail düşmənlərini diqqətlə izləyir

İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib ki, İsrail düşmənlərini diqqətlə izləyir.

Bununla belə, Qalant əlavə edib ki, onlar bütün mümkün təhlükələri aradan qaldırmağa hazırlaşırlar.

“Mən sizin İsrail vətəndaşlarının üzərinə qoyduğunuz gərginliyi və ağır yükü başa düşürəm. Beyrutda, Tehranda və başqa yerlərdə baş verənləri izləyirik. Biz həm təhlükənin aradan qaldırılmasında, həm də qərar verdiyimiz yerə hücum etmək üçün bütün imkanların hazırlanmasında iştirak edirik”. – Yoav Qalant dedi.

Məlumat üçün bildirək ki, Tehranda “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İran İsraili cavab tədbirləri ilə hədələyir.