Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər və məhkumlar pulsuz danışıq vaxtından faydalanacaqlar
Xüsusi Penitensiar Xidmətin təşəbbüsü ilə məhkumların maraqlarını nəzərə alaraq və onların xarici aləmlə ünsiyyətini yaxşılaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər və məhkumlar üçün ayda 60 dəqiqə pulsuz danışıq vaxtı maliyyələşdirilib.
Məlumatı Xüsusi Penitensiar Xidmət yayır.
“Məhkumlar pulsuz danışıq vaxtından istədikləri kimi həm yerli, həm də beynəlxalq zənglər üçün istifadə edə bilərlər. Xüsusi Penitensiar Xidmət təqsirləndirilən şəxslərin/məhkumların maraq və ehtiyaclarına uyğun xidmət və layihələrin tətbiqini gələcəkdə də davam etdirəcək” – deyə Xüsusi Penitensiar Xidmətdən bildirilib.