Yerüstü metronun yeni layihəsi Tbilisi və Rustavini birləşdirəcək (video)

Gürcüstan hökuməti və Tbilisi meriyası yerüstü metro layihəsinin inkişafına başlayır. Bu barədə “yaşıl siyasət” təşəbbüsünün birinci mərhələsinin, “yaşıl siyasət – ekonəqliyyat”-ın təqdimatında məlum oldu.

Layihəyə əsasən, yerüstü metro ilk mərhələdə “Samqori” metrostansiyasını Lilo bazarı və aeroport ilə birləşdirəcək. Tikinti işləri 2019-cu ilin sonunda başlayacaq. “Samqori” metrostansiyasının medernləşdirilməsi və yerüstü metronun yeni xətt ilə birləşdirilməsi baş verəcək.

Samqori – Lilo bazarı, Samqori – aeroport xəttlərində metronun altı tərkibi, hər iki istiqamət üzrə hərəkət edəcək. Gözləmə intervalı 10 dəqiqə olacaq.

2021-dən 2022-ci ilə qədər mərhələ şəklində yeddi yeni metrostansiyası istismara veriləcək.

Metronun inkişafının ikinci mərhələsində Tbilisi-Rustavinin yerüstü metro ilə birləşdirilməsi planlaşdırılır.

Samqori – Lilo bazarı hissəsinin həyata keçirilməsi üçün 90 milyon dollar ayrılacaq.