Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza sektorunda həlak olanların sayı 43-ə qədər artdı
Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza sektorunda həlak olanların sayı 43-ə qədər artdı

İsrail tərəfindən bombalanma nəticəsində, Qəzza sektorunda həlak olanların sayı 43-ə qədər artdı. Bu haqda məlumatı Qəzza sektorunun Səhiyyə Nazirliyi yayır.

Yayılan məlumata görə, həlak olanlar arasında 13 uşaq və üç qadın var. İsrail tərəfindən həyata keçirilən avia-hücum nəticəsində, 296 Fələstinli yaralanıb.

Radikal islamist qruplaşması “Hamasın” məlumatına görə, İsrailin hava hücumu Qəzza sektorunda bütün polis binalarını dağıtdı.

İsraildə bəyan edirlər ki, avia-hücumların məqsədi “Hamasın” hərbi kəşviyyat xidməti və “Hamas” üzvlərinin evləridir.