Yerli KİV-in məlumatına görə, bir qrup vətəndaş Almatı hava limanını zəbt edib

21:07, 05.01.2022

Bir qrup vətəndaş Qazaxıstanın ikinci böyük şəhəri olan Almatı hava limanını zəbt edib. Bu barədə məlumatı Qazaxıstan mətbuatına istinadən BBC-nin rus xidməti yayıb.

KİV-in məlumatına görə, sərnişinlər və işçilər hava limanından təxliyə edilib. İlkin məlumatlara görə, hazırda hava limanında 45-ə yaxın etirazçı var.

Bundan əlavə, beynəlxalq aviaşirkətlər Almatı hava limanında uçuşları ləğv edir. O cümlədən, “Belavia” və “Azərbaycan” aviaşirkətləri Minsk və Bakıdan Almatıya reysləri ləğv edib. Küveytin “Jazira Airways” şirkətindən gələn aviareys Qazaxıstan şəhərində dayandırılıb. Axşam saatlarında Rusiyanın “Aeroflot” şirkəti Almatıya uçuşu təxirə salıb.

Oxşar