Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya tərəfi Sumı və Xarkov vilayətlərinə hücumlara başlayıb
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya tərəfi Sumı və Xarkov vilayətlərinə hücumlara başlayıb

Son 24 saat ərzində Rusiya tərəfi Sumı bölgəsini 32 dəfə bombalayıb. Bu barədə yerli hökumət məlumat yayır.

Raket və dronlarla hücum Xarkovda da həyata keçirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya hərbçiləri ən azı beş pilotsuz uçuş aparatı ilə Xarkova hücum edib. Nəticədə rayonlardan birində yanğın baş verib. Hadisə nəticəsində insan tələfatı olmayıb.

Eyni zamanda Rusiyada, Krasnodar diyarında partlayış baş verdiyi barədə məlumatlar yayılır. Hücum limana və neft anbarına edilib. Yerli sakinlər deyir ki, şəhərdə azı səkkiz partlayış səsi eşidilib.