Yerevanda silahlı şəxslər polis bölmələrindən birinin binasına daxil olublar, yayılan məlumata əsasən, polis binası yaxınlığında partlayış baş verib

19:26, 24.03.2024

Yerevanda silahlı şəxslər polis bölmələrindən birinin binasına daxil olublar. Yayılan məlumata əsasən, polis binası yaxınlığında qumbara partlayıb. Yerli medianın məlumatına görə, yaralılar var.

Mətbuatın yazdığı üzrə, “Mübarizə Qardaşlığı” təşkilatının üzvləri bu gün səhər saatlarında polis tərəfindən saxlanılan təşkilat üzvlərinin azad edilməsi tələbi ilə polis binasına daxil olublar.

Polis binasına xüsusi təyinatlılar  gəliblər.

Oxşar