Yerevanda Parlament binası yanında təhlükəsizlik tədbirləri gücləndirilib
Yerevanda Parlament binası yanında təhlükəsizlik tədbirləri son dərəcədə gücləndirilib.
Deputatlar artıq qanunverici orqanına toplaşırlar. Onlar baş nazir vəzifəsinə Ermənistanın keçmiş prezidenti, Serj Sarqsiyanın namizədliyini səsə qoyacaqlar.
Parlament binası qarşısında toplaşmış aksiya iştirakçıları, Sarqsiyanın baş nazir vəzifəsinə seçilməsinə etiraz edirlər.
Aksiyanın təşkilatşısı, “Yelk” müxalif partiyasının lideri, Ermənistan Parlamentinin deputatı Nikol Paşinian, tərəfdarlarını Yerevan küçələrinin təcrid olunmasına doğru çağırır. saat 12:00-da Paşinian aksiya iştirakçılarına müraciət edəcək.
Nikol Paşinianın təşkilatçılığı ilə, Yerevanda etiraz aksiyaları aprelin 13-də başladı.
Dünən aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verdi.
Ermənistan polisinin məlumatına görə, inzibati xətalar pozuntusu ittihamı ilə, ötən gecə ərzində 29 nümayişçi yaxalandı.
Hüquqmühafizəçilər jurnalistləri nümayişçilərdən uzaq durmağa dorğu çağırırlar.