Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir
Yerevanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir

Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir.

Bu barədə məlumatı erməni medyası yayır.

Demonstrantlar Yerevanın Azadlıq meydanında yığılıblar.

Xatırladaq ki, Ermənistanın baş nazirinin istefası tələbi ilə, son etiraz aksiyası noyabrın 18-də keçirilmişdi.

Son bir neçə gündür, aktivistlər müxtəlif küçələri bloklayırlar və Paşinyanın istefasını tələb edirlər.

Onların bir hissəsi həbs olunub.

Aksiyanın təşkilatçıları 17 müxalifət partiyasının liderləridir, hansılar Ermənistanın baş nazirini ölkənin maraqalarını heçə saymaqla və əraziləri Azərbaycana verməklə suçlayırlar.

Onlar Nikol Paşinyanın istefasını və keçici bir iqtidarın seçilməsini tələb edirlər.