Ermənistanın paytaxtı Yerevanda “ləyaqət” marşı keçirilir.
Marşın iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Bu haqda məlumatı erməni medyası yayır.
Yürüyüş David Sasuntsi heykəlinin yanından başladı. Aksiya iştirakçıları “Nikol, get” – deyə sloqanlar atırlar.
“Ləyaqət marşı” Yerevanda keçən həftə də keçirildi.
Aksiya iştirakçıları hər gün marş keçirməyi planlaşdırıblar.
Şənbə günü isə, azadlıq meydanında etiraz aksiyası anons edilib.