Yerevanda hüquq-mühafizə orqanları hələ də polis bölmələrindən birinin yaxınlığındaki silahlı şəxsi zərərsizləşdirməyə çalışırlar
Yerevanın Nor-Nork bölgəsində polis binası yaxınlığında əməliyyat aparılır.
Erməni mediasının məlumatına görə, yerli vaxtla saat 17:00-da 3 silahlı şəxs polis binasına daxil olmağa cəhd edib.
Bu zaman binanın yaxınlığında qumbara partlayıb. İki silahlı şəxs yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Medianın yazdığı üzrə, üçüncü silahlı şəxs hələ də polis binasının qarşısındadır. Erməni medianın məlumatına görə, polis onu tərksilah etməyə çalışır.
Həmçinin, ilkin yayılan məlumata əsasən, Yerevanda silahlı şəxslərin polis bölmələrindən birinin binasına daxil olduğu bildirilib.