Yerevanda etiraz aksiyasının iştirakçıları Soros fondunun ofisini dağıtdılar
Yerevanda etiraz aksiyasının iştirakçıları Soros fondunun ofisini dağıtdılar

Yerevanda etiraz aksiyasının iştirakçıları Soros fondunun ofisini dağıtdılar.

Ermənistanın paytaxtında yerləşən “Açıq İctimaiyyət Fondu”-nun binasına demonstrantların hücum etdiyi video sosiyal şəbəkədə yayıldı.

Kadrlarda görünür ki, binadaki sənədlər və digər əşyalar yerlərə tökülüb və ofisin mebelinə zərər verilib.

Videokadrlarda həmçinin, görünür ki, aksiya iştirakçıları fond binasının bütün qapılarını sındırmağa çalışırlar.

Yayılan məlumata görə, Nikol Paşinyanın siyasətindən narazı olanlar “Azadlıq” radyosunun büro ofisinə də hücum ediblər.