Yerevanda etiraz aksiyasında 134 nəfər saxlanılıb
Yerevanda etiraz aksiyasında 134 nəfər saxlanılıb

 
Yerevanda itaətsizlik aksiyasında 134 nəfər saxlanılıb. Bu haqda Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayır.

Aksiya iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıblar.

Səhər saatlarından etibarən vətəndaşlar arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə etiraz aksiyalarını davam etdirirlər. Dünən Qalstanyan əhalini total tətil elan etməyə və şəhərləri iflic vəziyyətinə salmağa çağırıb. Arxiyepiskop Baqrat Qalstanyan “Tavuş vətən adı ilə” hərəkatının rəhbəridir. O və onun tərəfdarları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə qarşı çıxırlar.