Yerevanda demonstrantlar və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi
Yerevanda, Azadlıq meydanında, demonstrantlar və hüquqmühafizəçilər arasında qarşıdurma baş verdi.
Aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya və Azərbaycanın liderləri arasında, dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı qoyulan razılaşmanın ləğv olunmasını tələb edirlər.
Hazırda Ermənistan paytaxtında minlərlə vətəndaş yığılıb. Onlar Nikol Paşinyanı dövlət maraqlarına xəyanət etməklə ittiham edirlər.
Ona qədər isə, məlumat yayıldı ki, polis “Çiçəklənmiş Erməmistan” partiyasının lideri Qagik Tsarukyanı həbs etdi.
Erməni medyasının məlumatına görə, onunla bərabər yenə bir neçə müxalifətçi deputat və aktivist həbs edilib.
Xatırladaq ki, Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidenti arasında, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma noyabrın 9-da imzalandı.
Nikol Paşinyan bəyan etdi ki, “başqa yolu yox idi”.
Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan tərəfləri, senytabrın 27-də olduqları başlanğıc nöqtələrə qayıtmalıdırlar.
Ayın sonuna qədər Ermənistan Azərbaycana bir neçə rayonu qaytaracaq, Dağlıq Qarabağa isə, rus sülməramlıları nəzarət edəcəklər.