Yerevanda aksiya iştirakçılarını yaxalayırlar (foto)
Yerevanda aksiya iştirakçılarını yaxalayırlar (foto)

Yerevanın mərkəzində aksiya iştirakçılarının kütləvi yaxalanması baş verir.

Birinci Kanalın jurnalistinin Yerevandan verdiyi məlumata görə, Respublika Meydanına su təziqi maşınılarını gətirdilər. Polis və xüsusi təyinatlı dəstə üzvləri səfərbər olunublar. Onlar aksiya iştirakçılarını yaxalayırlar.

Ermənistan Ədliyyə Nazirliyində bəyan edirlər ki, polisin aksiya iştirakçılarını dağıtmağa qanuni hüququ var.

Polisin məlumatına görə isə, aksiya təşkilatçılarını ərazidən çıxardılar.