Yerevan polisi bu gün müxalifətin etiraz aksiyasının 30 iştirakçısını yaxaladı. Ermənistan polisinin mətbuat xidmətinin məlumatına, əgər yaxalananları 3 saat ərzində azad etmədilərsə, bu deməkdir ki, onlar qanunpozuntusunda şübhələnirlər.
Ermənistan paytaxtında etiraz aksiyası iştirakçıları yürüşü davam etdirilər. Vaxtaşırı polis ilə qarşıdurma baş verir. Nümayişçilər Ermənistan hökuməti binasının təcrid olunmasına cəhd etdilər. Burada baş nazir Serj Sarqsiyanın rəhbərliyi ilə yeni nazirlər kabinetinin ilk iclası keçirilməlidir.
Deputat Nikol Paşinianın rəhbərliyi ilə, artıq bir neçə gündür Yerevanda etiraz aksiyası keçirilir.
Aksiya iştirakçıları Serj Sarqsiyanın baş nazir seçilməsinə etiraz edirlər.
Ermənistan parlamenti Serj Sarqsiyanı baş nazir olaraq aprelin 17-də təsdiq etdi.