Yeraltında keçirilən ad günü - Tailandanda mağarada qalan uşaqlardan birinin 14 yaşı tamam oldu
Tailandın şimal hissəsində yerləşən mağarada qalan yeniyetmələrdən biri bugün ad gününü qeyd etdi.
O digər yeniyetmələr və futbol təlimçiləri ilə bərabər ekskursiya zamanı getdiyi mağaralardan birində qalıb.
Yeniyetməlrin evakuasiyası bugünə qədər mümkün olmur, çünki güclü yağış nəticəsində mağara sular altında qalıb.
14 yaşlı Dom ad günü ilə bağlı təbrikləri dünyanın hər yerindən alır.
10 gündür mağarada qalan 12 yeniyetməyi ingilis daiverləri tapdılar. Onların hamsının sağlığı yerindədir.
Yeniyetmələrin yaşları 11-dən 16-ya qədərdir.
Onlar mağaraya girdikdən sonra, güclü yağış yağdı, mağaraya su doldu və geri çıxa bilmədilər.
Uşaqlar yenə bir neçə ay mağarada qalmaq zorundadılar, çünki mağaradaki su azalmalıdır. Tailandda isə, yağış sezonu okytabr ayına qədər davam edəcək.