Yeraltı qaz saxlanma məkanının inşaatı üçün tender elan edildi
Yeraltı qaz saxlanma məkanının inşaatı üçün tender elan edildi

Gürcüstanın neft və qaz korporasiyası, Samqori Cənub tağında yeraltı qaz saxlama məkanının inşaatı üçün konsultasiya xidmətlərini həyata keçirəcək olan şirkətlər üçün açıq beynəlxalq tender elan edir.

Korporasiyanın məlumatına görə, konsultant, inşaatın ətraf mühitə təsiri və həmçinin, sosiyal təsiri haqqında analiz hazırlamalı olacaq və layihə ilə bağlı digər tədqiqatların keçirilməsini və layihənin monitorinqini təmin edəcək.

Konsultasiya xidməti haqqında müqavilə 2018-ci ilin mart/aprel ayında qoyulacaq. 

Tender elanında yazılıb ki, konsultasiya şirkətlərinin Şərq Avropada və MDB ölkələrində regional təcrübələri olsa daha yaxşı olar.

Şirkətin orta illik dövriyyəsi, son üç il ərzində, 2.0 milyon Avro təşkil etməlidir.