Yens Stoltenberq - Ukraynada uzun müharibəyə hazırlaşmaq və müdafiə qüvvələrinə dəstək vermək vacibdir
Yens Stoltenberq - Ukraynada uzun müharibəyə hazırlaşmaq və müdafiə qüvvələrinə dəstək vermək vacibdir

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmaq və müdafiə qüvvələrinə dəstək vermək vacibdir.

Stoltenberqin qeyd etdiyinə əsasən, Ukrayna yalnız davamlı və müntəzəm dəstək olarsa suveren və demokratik dövlət olaraq qalacaq.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujninin müharibənin dalana dirənməsi ilə bağlı yazdığı məqaləni şərh edən baş katib qeyd edib ki, vəziyyətin çətin olacağı həmişə aydın idi.

“Müharibələr təbiətinə görə proqnozlaşdırıla bilinmir. Bildiyimiz odur ki, danışıqlar masası arxasında baş verənlər döyüş meydanındakı vəziyyətlə birbaşa şəkildə bağlıdır… Biz bilirdik ki, Rusiya aylardır minalar, tank səngərləri, çoxlu sayda müdafiə mövqeləri ilə müdafiə xətləri hazırlayırdı. Ukrayna qoşunları uğur qazana bildi və daha çox ərazini azad edə bildi”, – Yens Stoltenberq Almaniyanın DPA agentliyinə müsahibəsində bildirib.