Yens Stoltenberq - Ukrayna Kursk vilayətində əməliyyat zamanı çox şeyə nail olub
Yens Stoltenberq - Ukrayna Kursk vilayətində əməliyyat zamanı çox şeyə nail olub

 
NATO-nun baş katibi Yens Stoltenberq, Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində keçirilən əməliyyat zamanı “çox şeyə nail olduğunu” bildirib. Stoltenberqin bəyanatını “Reuters” yayır.

Eyni zamanda, Stoltenberq bildirib ki, vəziyyətin sonra necə inkişaf edəcəyini demək çətindir.

“Yalnız ukraynalılar məsələn, öz qüvvələrini harada yerləşdirmək və bu vəziyyətdə hansı növ müharibənin münasib olması ilə bağlı lazımi, çətin seçimlər edə bilərlər” – Stoltenberq bildirib.

NATO-nun baş katibi, Ukraynanın Rusiya ərazisində hərbi hədəflərə çata bilən uzaqmənzilli raketlərdən istifadə etməklə özünümüdafiə hüququna malik olduğunu bildirib.

“NATO-ya üzv olan bir çox ölkənin Ukraynaya belə bir imkan verməsinə, yenidən məhdudiyyətlər tətbiq edənlərin isə Ukraynanın özünü müdafiə edə bilməsi üçün onları yumşaltmasına şadam” – Stoltenberq deyib.

Məlumat üçün bildirək ki, Ukraynanın Prezidenti Volodimir Zelenski sabah Ukraynaya dəstək verən ölkələri birləşdirən “Ramştayn Qrupu”nun görüşündə iştirak edəcək. “Reuters”in məlumatına əsasən, Zelenskinin tərəfdaşlardan Ukraynaya silah tədarükünü artırmağı, xüsusən də uzaqmənzilli raketlər xahiş edəcəyi gözlənilir.