Yens Stoltenberq - Soyuq Müharibədən sonra biz Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışdıq, lakin onun təsir dairələrini bərpa etməyə çalışdığı Gürcüstan, Ukrayna və digər ölkələrə qarşı hərəkət etdiyini gördük
Biz Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışdıq, lakin gördük ki, Rusiya təsir dairələrini bərpa etməyə çalışdığı Gürcüstan, Ukrayna və digər ölkələrə qarşı fəaliyyət göstərir, – NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Biz daha təhlükəli bir dünyada yaşayırıq. Bizim Rusiya kimi qonşumuz var. Rusiya qonşularına qarşı hərbi güc tətbiq etməyə hazırdır, son illərdə bir deyil, bir neçə dəfə, əslində, 2008-ci ildə Gürcüstandan başlayaraq. Biz Rusiya ilə daha yaxşı münasibətlər qura biləcəyimizə ümid edirdik, lakin sonra tədricən Rusiyanın Gürcüstana, Ukraynaya və digər ölkələrə qarşı hərəkət etdiyini gördük. Burada o,təsir dairələrini bərpa etməyə çalışdı. Sonra NATO, əlbəttə ki, tədricən dialoqa deyil, xüsusilə 2014-cü ildən bəri çəkindirmə və müdafiəyə daha çox önəm verməli oldu” – Yens Stoltenberq bildirib.