Yens Stoltenberq - Son aylarda Ukraynaya hərbi yardımın çatdırılmasında müəyyən ləngimələrə şahid olduq, bunun təkrarlanmamasının qayğısına qalmalıyıq
Yens Stoltenberq - Son aylarda Ukraynaya hərbi yardımın çatdırılmasında müəyyən ləngimələrə şahid olduq, bunun təkrarlanmamasının qayğısına qalmalıyıq

 
Finlandiyada səfərdə olan Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq, NATO-nun Ukraynada qüvvələrini yerləşdirmək planının olmadığını bildirib.

O, Qərbli müttəfiqlərin Ukraynaya hərbi yardımın çatdırılmasında ləngimələrin bir daha baş verməməsinin qayğısına qalmalı olduğunu deyib.

Ukraynanın NATO-lu müttəfiqlərindən “proqnozlaşdırıla bilənlik və hesabatlılığa” ehtiyacı var.

“Son aylarda Ukraynaya hərbi yardımın çatdırılmasında müəyyən ləngimələrə, xətalara şahid olduq. Bunun təkrarlanmamasının qayğısına qalmalıyıq” – Stoltenberq açıqlayıb.