Yens Stoltenberq - Rusiyanın Ukraynaya hücumu uzun illər ərzində hazırlanırdı, Qroznının məhv edilməsi, Gürcüstanın işğalı, Krımın ilhaqı, Hələbin bombalanması və indi Ukraynada müharibə
Yens Stoltenberq - Rusiyanın Ukraynaya hücumu uzun illər ərzində hazırlanırdı, Qroznının məhv edilməsi, Gürcüstanın işğalı, Krımın ilhaqı, Hələbin bombalanması və indi Ukraynada müharibə

 

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu uzun illər ərzində hazırlanıb, Moskva siyasi məqsədlərə çatmaq üçün hərbi gücdən istifadə edir.

“Qroznının məhv edilməsi, Gürcüstanın işğalı, Krımın ilhaqı, Hələbin bombalanması və indi Ukraynada müharibə”-deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə Ukraynaya ilk müdaxilədən sonra NATO müdafiə xərclərini artırmaqla və müassir imkanlara sərmayə qoymaqla hazırlaşıb.

“Tarixdə ilk dəfə döyüş hazırlığında olan qüvvələri şərq cinaha göndərdik, qüvvələrimizin hazırlığını artırdıq. Bu il Rusiya yenidən Ukraynaya müdaxilə edəndə NATO hazır idi. Biz Alyansın şərqinə əlavə qüvvələr göndərdik və hazırda NATO-nun birbaşa tabeliyində olan 40 000 əsgərimiz vacib hava və dəniz dəstəyi ilə təmin olunub. Biz Baltikdən Qara dənizə qədər çoxmillətli döyüş qruplarımızı ikiqat artırmışıq və yüksək döyüş hazırlığı altında istənilən təcavüzə cavab verməyə və NATO ərazisinin hər bir santimetrini müdafiə etməyə hazır olan 100 min əsgərimiz var. Bu, istənilən anlaşılmazlığın aradan qaldırılması üçün cilovlayıcı tədbirdir. Bu, münaqişəni təşviq etmək üçün deyil, ondan yayınmaq və sülhü qorumaq üçündür”-deyə Yens Stoltenberq qeyd edib.