Yens Stoltenberq - Rusiyanın kiçik qonşu ölkələrindən olan əsasən də bizlər başa düşməliyik ki, təsir dairələrinin geri qaytarılması çox təhlükəli bir yoldur
Yens Stoltenberq - Rusiyanın kiçik qonşu ölkələrindən olan əsasən də bizlər başa düşməliyik ki, təsir dairələrinin geri qaytarılması çox təhlükəli bir yoldur

 

Rusiyanın kiçik qonşu ölkələrindən olan əsasən də bizlər başa düşməliyik ki, təsir dairələrinin geri qaytarılması çox təhlükəli bir yoldur-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq NATO-Rusiya Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO hər bir ölkənin öz yolunu seçmək hüququnun olmasına dair Avropa təhlükəsizliyinin əsas prinsipində güzəştə getmək niyyətində deyil.

“Biz Avropa təhlükəsizliyinin əsas prinsiplərindən birini, hər bir ölkənin öz yolunu seçmək hüququnu güzəştə getməyəcəyik. Həmçinin, maraqlıdır ki, NATO-ya üzv olmaq üçün müraciət etməyən ölkələr Finlandiya və İsveç də bu prinsipi ciddi şəkildə dəstəkləyir. Onlar başa düşürlər ki, bu prinsipə məhdudiyyətlər qoyulsa və seçim azadlığı bütün ölkələrə deyil, yalnız bəzi ölkələrə şamil edilərsə, o zaman birinci və ikinci dərəcəli ölkələr olacaq. Yəni bəziləri böyük olduqlarına və tarixi səbəblərə görə hərbi ittifaqın üzvü olduqlarına görə seçim azadlığına malik olacaqlar, digərlərinin isə öz yolunu seçmək hüququ olmayacaq. Bu ölkə mənə yaxındır, istədiyinizi edə bilməzsiniz təfəkkürü , təsir dairələrini geri qaytarmaqdır.  Rusiyanın kiçik qonşu ölkələrindən olan bizlər bunun çox təhlükəli yol olduğunu dərk etməliyik. Buna görə də Finlandiya prezidenti yeni il müraciətində bu məsələyə toxunub və bu prinsipin vacibliyini vurğulayıb” -deyə Stoltenberq bildirib.