Yens Stoltenberq - Rusiya və Şimali Koreya arasında imzalanmış müdafiə paktı avtoritar dövlətlərin artan yaxınlaşmasını göstərir
Yens Stoltenberq - Rusiya və Şimali Koreya arasında imzalanmış müdafiə paktı avtoritar dövlətlərin artan yaxınlaşmasını göstərir

 
Rusiya və Şimali Koreya arasında imzalanmış müdafiə paktı avtoritar dövlətlərin artan yaxınlaşmasını və vahid cəbhəni təmsil edən demokratiyaların əhəmiyyətini göstərir-bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Kanadada rəsmi səfəri zamanı deyib.

Stoltenberqin bəyanatına əsasən, Şimali Koreya Rusiya Federasiyasına “böyük həcmdə döyüş sursatı” verib, Çin və İran isə Ukraynaya qarşı müharibədə Moskvanı dəstəkləyir.

“Biz bilməliyik ki, avtoritar qüvvələr getdikcə bir-birinə daha da yaxınlaşır və əvvəllər görmədiyimiz şəkildə bir-birini dəstəkləyirlər”- Stoltenberq qeyd edib.

Yens Stoltenberqin izah etdiyi kimi, Rusiya Federasiyası ilə digər Asiya ölkələri arasında artan yaxınlaşma NATO üçün bu bölgədəki müttəfiqlər ilə əməkdaşlığın daha da vacib olması mənasına gəlir.

“Şimali Koreya, Çin, İran, Rusiya kimi avtoritar rejimlər getdikcə daha çox birləşdikdə, azadlığa və demokratiyaya inanan ölkələr kimi birləşməyimiz daha da vacibdir. Beləliklə, NATO indi bu baxımdan əvvəlkindən daha vacibdir” – Stoltenberq əlavə edib.

Xatırladaq ki, Vladimir Putin və Kim Çen İn, dövlətlərdən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.