Yens Stoltenberq - Rusiya tərəfindən separatçı ərazilərdən hərbi bazalar yaradılması üçün istifadə edilməsi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozur
Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik və Rusiya tərəfindən separatçı ərazilərdən hərbi bazalar yaradılması üçün istifadə edilməsini qəbul etmirik-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Aİ-nin Xarici İşlər Şurasında açıqlayıb.
O, bunun Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.
“Bu, Rusiyanın Ukraynada hərbi məqsədlərə nail olmaq üçün nə qədər irəli getmək istədiyini göstərir. Həmçinin, ukraynalılar Krımda Rusiyanın hərbi və dəniz obyektlərinə hücumda uğur qazandıqları üçün bu addımlar müdafiə mövqeyinə keçməyə dair məcburiyyət olub. Beləliklə, Rusiya alternativlər axtarır. Bu, ukraynalıların Rusiyanın hərbi və dəniz qüvvələrinə hücumlar zamanı hansı nailiyyətlərə malik olduğunu göstərir”- Stoltenberq bildirib.