Yens Stoltenberq - Qara dəniz NATO üçün strateji əhəmiyyətə malikdir, bizim üç üzvümüz və iki tərəfdaş ölkə, Ukrayna və Gürcüstan Qara dəniz regionunda yerləşir
Yens Stoltenberq - Qara dəniz NATO üçün strateji əhəmiyyətə malikdir, bizim üç üzvümüz və iki tərəfdaş ölkə, Ukrayna və Gürcüstan Qara dəniz regionunda yerləşir

 
Qara dəniz NATO üçün böyük strateji əhəmiyyətə malikdir-bu barədə NATO-nun baş katibi Yens Stoltenberq illik hesabatın təqdimatında bildirib.

“Bizim üç üzvümüz -Türkiyə, Rumıniya, Bolqarıstan və iki tərəfdaş ölkə Ukrayna və Gürcüstan Qara dəniz regionunda yerləşir.
Beləliklə, Qara dəniz regionu NATO üçün çox vacibdir” -deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, Qara dəniz və Ukrayna limanları bütün dünyaya taxıl və ərzaq ixracı üçün istifadə olunur.

“Ukrayna limanlarının Rusiya tərəfindən blokadaya alınması təkcə Ukrayna üçün deyil, həm də dünya əhalisi üçün problemdir, çünki bu, ərzaq məhsullarının bahalaşmasına da gətirib çıxarır. Belə ki, bu blokadaya son qoyulması və Ukraynaya insanları qidalandırmaq və qlobal miqyasda ərzaq qiymətlərini aşağı salmaq üçün sərbəst şəkildə dünya bazarına taxıl çatdırmaq imkanı verilməsi xüsusilə vacibdir.

Ukrayna limanlarının Rusiya tərəfindən blokadaya alınması bütün dünyanın və insanların rifahını narahat edən məsələdir. NATO Qara dənizdəki vəziyyəti diqqətlə izləyir, bölgədə yerləşən NATO-ya üzv dövlətlərlə işləyirik, havadan müşahidə aparırıq. Bütün bunlar həmçinin Qara dənizdə normal ticarət hərəkətinə imkan yaratmaq üçün bu müharibənin dayandırılmasının vacibliyini vurğulayır” – deyə Stoltenberq bildirib.